ÇL-in Liqa mərhələsində IV turun ilk oyun gününün ən yaxşı futbolçuları

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun ilk oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olublar.

Oxu.Az xəbər verir ki, PSV – “Jirona” görüşünün fərqlənən futbolçusu Malik Tillman olub.

“Slovan Bratislava” – “Dinamo Zaqreb” matçında Sandro Kulenoviç ən yaxşılardan biri olub.

“Bayer Leverkuzen”i 4:0 hesabı ilə məğlub edən “Liverpul”un futbolçusu Luis Dias da yaxşılardan olub.

“Bolonya” – “Monako” matçında Tilo Kexer fərqlənənlər siyahısındakı yerini alıb.

Gecənin böyük maraqla gözlənilən matçında “Milan”nın “Real Madrid”i 3:1 hesabı ilə məğlub etdiyi görüşdə isə Mayk Menyan fərqlənməyi bacarıb.

“Borussiya Dortmund” – “Şturm Qraz” matçının ən yaxşı oyunçusu adını Malik Yalkuye qazanıb.

1:1 hesablı heç-heçə ilə başa çatan “Lill” – “Yuventus” görüşündə fərqlənən futbolçu isə Ayyub Buaddi olub.

“Seltik” – “Leypziq” matçının ən yaxşı oyunçusu Nikolas Köhn seçilib.

“Sportinq”in “Mançester Siti”ni 4:1 hesabı ilə məğlub etdiyi görüşün ən yaxşı oyunçu mükafatına Viktor Qyökereş yiyələnib.

Qeyd edək ki, IV tura bu gün gecəyarısı keçiriləcək doqquz görüşlə yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More