“Google” əməkdaşlarına siyasi fikirlərini ifadə etməyi qadağan edib

“Google” şirkəti əməkdaşlarının ABŞ-də keçirilən prezident seçkisi ilə bağlı daxili forumlarda müzakirələrini məhdudlaşdırıb, bəzi şərhlər silinib.

Oxu.Az xəbər verir ki, bu barədə CNBC kanalı məlumat yayıb.

Belə ki, seçki ərəfəsində “Google” rəhbərliyi əməkdaşlarına xəbərdarlıq edib ki, onlar “Memegen” müzakirə forumunda siyasi fikirlərini bildirməsinlər. Lakin xəbərdarlığa baxmayaraq, işçilər seçki ilə bağlı zarafat edib və şirkətin siyasətini tənqid etməyə davam ediblər.

Bununla bağlı İT nəhənginin rəhbərliyi məhdudlaşdırıcı tədbirlərə əl atıb və bu cür mesajların düzəldilməsi və silinməsi barədə göstəriş verib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More