“Hizbullah” İsraillə danışıqlar üçün şərtini açıqladı

“Livanın İsraillə dolayı danışıqlara başlamasının şərti yalnız hərbi əməliyyatların tam dayandırılması ola bilər”.

Oxu.Az xəbər verir ki, bunu “Hizbullah” hərəkatının baş katibi şeyx Nəim Qasım “Əl Manar” kanalı ilə yayımlanan televiziya müraciətində deyib.

“Dolayısı ilə danışıqlar yalnız o zaman başlayacaq ki, düşmən İsrail öz təcavüzünü dayandırmaq qərarına gəlsin. Livanın suverenliyinə hər hansı bir müdaxilənin qarşısını almaq üçün “Hizbullah” adından danışıqları respublika parlamentinin spikeri Nəbih Berri aparacaq”, – deyə şeyx bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More