“Hizbullah” Təl-Əvivdəki aeroporta raket zərbəsi endirib

“Hizbullah” hərəkatının İsrailə tuşladığı raketlərdən biri Təl-Əvivdəki Ben-Qurion adına Beynəlxalq Hava Limanının ərazisinə düşüb.

Oxu.Az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti yayıb.

Qeyd olunur ki, yerli vaxtla 11:20-dən sonra Livandan İsrail istiqamətinə təxminən 10 raket buraxılışı qeydə alınıb.

Onların əksəriyyətinin qarşısı alınsa da, raketlərdən biri Təl-Əvivdəki aeroportun ərazisinə düşüb. Nəticədə uçuşlar müvəqqəti dayandırılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More