İranda məcburi hicab tələbinə görə 16 yaşlı qız intihar etdi

İranın Tehran şəhərində 16 yaşlı Arzu Xavari hicab taxmağa məcbur edildiyi və məktəb ekskursiyasından qovulduğu üçün intihar edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Onun uniforma əvəzinə cins geyimdə olduğu üçün turdan qovulduğu bildirilir.

Məlumata görə, Arzu Xavari “geyim qaydalarını pozduğuna” görə məktəb ekskursiyasına buraxılmadıqdan sonra ağır şok və stres keçirib.

Qeyd olunub ki, hadisə İranın sərt hicab siyasətinin ölkə vətəndaşlarının gündəlik etirazına səbəb olduğu bir vaxtda baş verib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More