“Beşiktaş”ın italiyalı futbolçusu Çiro İmmobile ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Oxu.Az “Sabah”a istinadən xəbər verir ki, İmmobilenin yerinə mərkəz hücumçusu kimi Semih Kılıçsoy çıxış edəcək. Bu qərarı baş məşqçi Covanni Van Bronkhorst mətbuat konfransı zamanı söyləyib.
Semih Kılıçsoy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Beşiktaş” bu gün öz meydanında “Malmö” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.