“Respublikaçı Donald Trampın Ukrayna da daxil olmaqla, müxtəlif “ələbaxanlara” pul xərcləməyi sevməməsi Rusiya üçün faydalı keyfiyyətdir”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” hesabında yazıb.
“Trampın bizim üçün faydalı olan bir keyfiyyəti var: kökündən bir iş adamı kimi o, müxtəlif “ələbaxanlara”, axmaq müttəfiqlərə, uğursuz xeyriyyə layihələrinə və “acgöz” beynəlxalq təşkilatlara pul xərcləməyi çox sevmir. Ukrayna da bu sıradadır”, – deyə o bildirib.