Asiya Çempionlar Liqasının Qərb qrupunda 4-cü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” kollektivini qəbl edib.
Görüş ev sahiblərinin üstünlüyü ilə keçib. Qonaqlar qapılarında beş top görsələr də, onlardan ancaq birinin əvəzini çıxmağı bacarıblar – 5:1.
“Ən-Nəsr”in ikinci qolunu komandanın kapitanı Kriştianu Ronaldu vurub. Bununla da ulduz hücumçu karyerasındakı qolların sayını 908-ə çatdırıb. Həmçinin Taliska dublla yadda qalıb.
Bu nəticədən sonra Səudiyyə klubu 10 xalla turnir cədvəlində 3-cü pillədədir. Onun rəqibi isə cəmi bir xalla sonuncu – 12-ci yerdə qərarlaşıb. Qrupa 12 xala malik digər Səudiyyə Ərəbistanı komandası “Əl-Hilal” başçılıq edir.