Vətəndaşlardan şikayət: “Zabratdakı sürücülər ÖZBAŞINALIQ EDİRLƏR”

Bakının Zabrat-1 qəsəbəsində qrafik üzrə hərəkət edən avtobuslarla bağlı Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Vətəndaşlar qeyd edirlər ki, 197 saylı marşrutun son dayanacağı metronun “Ulduz” stansiyası təyin olunsa da, sürücülər “Neftçilər” və ya “Qara Qarayev” stansiyalarının yanında saxlayırlar. Bakıxanov qəsəbəsində düşən sərnişinlərdən 50, “Qara Qarayev” stansiyası yaxınlığında düşənlərdən isə 60 qəpik tələb olunur. Vətəndaşlar vurğulayırlar ki, Zabrat qəsəbəsindəki dayanacaqların yerləri də dəyişdirilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, COP29-la əlaqədar bir sıra marşrutların son və aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib:

“197 nömrəli marşrutun son dayanacaq məntəqəsi Zabrat qəsəbəsi olmaqla təşkil edilib. Hazırda Zabrat qəsəbəsindən metronun “Ulduz” stansiyası istiqamətində 131 nömrəli, “Qara Qarayev” istiqamətində isə 166 nömrəli marşrut fəaliyyət göstərir. Həmin marşrutlar nağdsız ödəniş sistemində fəaliyyət göstərirlər və gediş haqqı 55 qəpik müəyyən olunub.

Həmçinin, dayanacaq məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı marşrutun müvəqqəti istismarçısına qeyd olunan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müvafiq qanunvericiliyə əsasən, müəyyən edilmiş hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Tariflə bağlı müvafiq qərarlar barədə sürücülərin təlimatlandırılması və gediş haqqını məbləğdən artıq tələb edən sürücülər barəsində müvafiq tədbirlərin görülməsi tapşırılıb”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More