ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olublar.

Oxu.Az xəbər verir ki, “Brügge” – “Aston Villa” görüşünün fərqlənən futbolçusu Hans Vanaken olub.

“Şaxtyor” – “Yanq Boyz” matçında Georgi Sudakov ən yaxşılardan biri olub.

“Srvena Zvezda”nı 5:2 hesabı ilə məğlub edən “Barselona”nın futbolçusu İnyiqo Martines də yaxşılardan olub.

“Sparta Praqa” – “Brest” matçında Edimilson Fernandeş fərqlənənlər siyahısındakı yerini alıb.

Gecənin böyük maraqla gözlənilən “İnter”in “Arsenal”ı 1:0 hesabı ilə məğlub etdiyi görüşdə isə Hakan Çalhanoğlu fərqlənməyi bacarıb.

“Feyenoord” – “Zalsburq” matçının ən yaxşı oyunçusu adını Karim Konate qazanıb.

“Atletiko Madrid”in PSJ-ni 1:2 hesabı ilə məğlub etdiyi görüşün fərqlənən futbolçusu isə Nauel Molina olub.

“Bavariya” – “Benfika” matçının ən yaxşı oyunçusu Camal Musiala seçilib.

“Ştutqart” – “Atalanta” görüşünün ən yaxşı oyunçu mükafatına isə İsak Hin yiyələnib.

Qeyd edək ki, V turun görüşlərinə noyabr ayının 26-da start veriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More