Ermənistan XİN: “Bakı və İrəvan liderləri arasında görüşlə bağlı heç bir razılaşma yoxdur”

Azərbaycan və Ermənistan sülh sazişinin bütün mətni üzrə hələlik razılığa gəlməyiblər.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər müavini Vaan Kostanyan brifinq zamanı deyib.

“Hazırda heç bir maddə üzrə Bakı ilə yekun razılaşma yoxdur”, – deyə o bildirib.

Kostanyan əlavə edib ki, hazırda ölkə liderlərinin və ya xarici işlər qurumlarının rəhbərlərinin mümkün görüşü ilə bağlı razılaşma mövcud deyil.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More