İlon Mask sərvətini artırdı

ABŞ-li iş adamı İlon Maskın sərvəti sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin bahalaşması səbəbindən 26.5 milyard dollar artıb.

Oxu.Az-ın xəbərinə görə, bu rəqəm “Bloomberg” Milyarderlər İndeksinin (BBI) məlumatlarında əks olunub.

Materiala əsasən, “Tesla”nın səhmlərinin qiyməti yaxın zamanlarda, demək olar ki, 15% yüksəlib. Noyabrın 6-da keçirilən ticarət əməliyyatlarının yekunlarına görə, qiymətli kağızlar 14.75% bahalaşıb.

Bununla belə, noyabrın 7-də səhər saatlarında şirkətin səhmlərinin post-ticarətdə qiyməti 0.63% aşağı düşüb.

Lakin eyni zamanda, İlon Mask BBI-yə görə, dünyanın ən varlı adamları reytinqində hələ də birinci yerdədir. Onun sərvəti 290 milyard dollar təşkil edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More