Peruda gənc müğənni konsertdən dərhal sonra güllələndi, meyiti isə qastrol avtobusundan atıldı

Peruda məşhur müğənni qətlə yetirilib. Belə ki, altı naməlum şəxs gənc müğənni Taliya Manrike Kastilionun olduğu qastrol avtobusuna soxulub və ifaçını öldürüblər, sonra isə meyitini yola atıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Need To Know” nəşri xəbər yayıb.

Bildirilib ki, qastrol avtobusu Perunun Çiklayo şəhərinə gedərkən yolda atəşə tutulub. Bundan sonra hücumçular nəqliyyat vasitəsini saxlayıblar və salonuna soxulublar.

27 yaşlı gitaraçı Angel Meqo tualetdə gizlənməyə çalışıb, lakin cinayətkarlar onu güllələyib avtobusdan atıblar. Hücumçular ifaçı Taliya Kastilio ilə də eyni cür davranıblar. Gitaraçı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir. Kastilionun isə həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, ifaçının doqquz yaşlı oğlu qalıb. Müğənni noyabrda təhsil müəssisəsini bitirməli və idarəetmə ixtisası üzrə diplom almalı idi.

Naməlum şəxslər, həmçinin orkestrin musiqi alətlərini, mobil telefonlarını, elektron barabanı, notbukları və digər əşyaları oğurlayıblar.

Hadisə ilə bağlı istintaq başlanılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More