Təcili yardım maşını qəzaya uğradı: Həkim və üç nəfər xəsarət aldı

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili, VAZ-21140 və “Mercedes-Benz” markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də VAZ-ın sürücüsü xəsarət alıblar.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More