Yeni dələduzluq növü yayılıb? – Polis XƏBƏRDARLIQ ETDİ

Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.

Oxu.Az xəbər verir ki, vətəndaşlara telefonla zəng olunaraq, “peyvənd olunmusunuzsa, 1 düyməsini seçin”, – deyə xahiş edilir.

İddialara görə, telefon dərhal bloklanır.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:

“Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır”.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More