UEFA Avropa Liqasının 2024/2025-ci il mövsümünün Liqa mərhələsinin 4-cü turunun “Union” (Belçika) və “Roma”nın (İtaliya) qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Brüsseldəki (Belçika) Rua Boduen-Koninq Budeveyn” stadionunda çıxış ediblər. Yekun nəticə 1:1 olub.
“Roma”nın futbolçusu Canluka Mançini 62-ci dəqiqədə qol vurub. “Union”un müdafiəçisi Kevin Mak Allister 77-ci dəqiqədə fərqlənib.
Hazırda “Roma” LE turnir cədvəlində beş xalla 16-cı, “Union” isə iki xalla 30-cu yerdədir.
Bu gün 21:45 başlayan digər oyunların nəticələri aşağıdakı kimidir:
“Budyo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan) 1:2
“Ayntraxt” (Frankfurt, Almaniya) – “Slaviya” (Çexiya) – 1:0
“Elfsborq” (İsveç) – “Braqa” (Portuqaliya) – 1:1
FKSB (Rumıniya) – “Midtyullann” (Danimarka) – 2:0
“Qalatasaray” (Türkiyə) – “Tottenhem” (İngiltərə) – 3:2
“Ludoqorets” (Bolqarıstan) – “Atletik” (İspaniya) – 1:2
“Nitsa” (Fransa) – “Tvente” (Niderland) – 2:2
“Olimpiakos” (Yunanıstan) – “Reyncers” (Qlazqo, Şotlandiya) – 1:1.