8 Noyabr prospektində 86 saylı binanın səkkiz nömrəli mənzilinin tavanı çökərək yerə dağılıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Ev sahibi Kamran Əliyevin sözlərinə görə, oktyabrın 7-də binanın tavanında çökmə baş verib.
O, bununla əlaqədar müvafiq orqanlara müraciət etsə də, heç bir nümayəndə binaya baxış keçirməyib:
“Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaşadığımız tikili qəzalı binaların siyahısına salınıb. Hadisə baş verən zaman yoldaşım, oğlum, mən işdə olmuşuq. Evdə gəlinimlə iki azyaşlı nəvəm var idi. Onlar evdən çıxandan iki dəqiqə sonra mənzilin tavanı çöküb”.
Hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşlar binaya baxış keçirdikdən sonra lazımi tədbirlər görüləcək.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda yaşayış binasının tavanı ÇÖKDÜ: “Qorxumuz hələ də canımızdadır”