“Hər oyuna qələbə üçün çıxırıq”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransında deyib.
Mütəxəssis millinin qarşıdakı oyunlara qələbə üçün çıxacağını vurğulayıb:
“Hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma yeni layihənin başlanğıcındayıq. Gələcəkdə yaxşı olacağına ümid edirəm”.
Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.
Anar Həsənov