“Tesla” avtomobil istehsalçısı 25 min dollardan ucuz avtomobil istehsal etməməyi qəti qərara alıb.
Oxu.Az bu barədə “Reuters”ə istinadən məlumat verib.
Məlumata görə, səhmdarlardan biri iclasda ucuz avtomobilin istehsal perspektivləri ilə maraqlanıb. Cavabında Mask bildirib ki, “Tesla”nın hazırda belə planı yoxdur.
“Düşünürəm ki, 25 min dollarlıq adi avtomobilin planda olması mənasızdır. Bu, axmaq bir şey olardı”, – deyə o izah edib.
Mask əlavə edib ki, “Tesla”nın bütün gücü hazırda pilotsuz taksi istehsalına yönəlib.