Alimlər 10 noyabr 2024-cü il – bazar günü gecəsi maqnit fırtınası proqnozlaşdırırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun məlumatında bildirilib.
Qurumun məlumatına görə, gecə planetdə G1 səviyyəsinə çatacaq zəif maqnit fırtınası gözlənilir.