Şəhid valideynləri övladlarının döyüş yollarından danışdılar

“Bu gün Zəfər bayramıdır. Şəhidlərimizin, qəhrəmanlarğmızın bayramıdır. Bizim üçün çətin osla da, bu bayramı qəhrəman övladlarımıza borcluyuq. Allah hər birinə rəhmət etsin”.

Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid Qiyas Manafovun anası İlahə Manafova deyib.

O, oğlunun Xocavənddə şəhid olduğunu deyib: “Hətta onun şəhid olmamışdan əvvəl dediyi bir cümlə bu gün də döyüş yoldaşlarının dilindən düşmür: Bir post, bir mövqe ki, şəhid qanı ilə əldə edilib, biz ancaq bununla fəxr edə bilərik. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Şəhid mayor Elxan Nəcəflinin anası Afət NəcəfliOxu.Az-a açıqlamasında oğlunun 2023-cü ilin 19-20 sentyabrında həyata keçiriləm antiterror tədbirlərində şəhid olduğunu deyib:

“Oğlum Xocavənddə şəhid olub. 20 il idi ki, zabit idi. Vətən müharibəsində də iştirak etmişdi. Bu gün də onlarım sayəsində əsl zəfərimizi qeyd edirik”.

“Oğlum Vətən müharibəsi bitəndə bizə zəng edib sevinə – sevinə qələbə qazandıqlarını demişdi. Biz də arxayın idik ki, müharibə bitib. Amma bitməyibmiş. Çünki erməni terrorçuları yenə də öz çirkin əməllərini davam etdirdi və nəticədə 23 saatlıq antiterror tədbirləri keçirildi. Elxan da həmin döyüşlərdə şəhid oldu. Lakin bu itki bizim üçün ağır olsa da, həm də qürurluyam. Çünki bizə qələbəni yaşadan igid övladlarımız oldu. Allah hamısının ruhunu şad etsin. Onların sayəsində biz onların bayramını onlarsız qeyd edirik”, – şəhid anası deyib.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More