UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yayıb

“Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Niderlandın “Ayaks” və İsrailin “Makkabi Təl-Əviv” komandaları arasında Avropa Liqası matçından əvvəl və sonra baş verən insidenti və zorakılıq hərəkətlərini kəskin şəkildə pisləyir”.

Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Ümid edirik ki, aidiyyəti orqanlar zorakılığa görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcək və onlara qarşı ittiham irəli sürəcək”, – deyə UEFA-nın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Avropa Liqası çərçivəsində keçirilən “Ayaks” – “Makkabi” görüşündən sonra iğtişaş olub.

Naməlum maskalı şəxslər israilli azarkeşlərə hücum etməyə çalışırlar. Amsterdam polisi iğtişaşlardan sonra 62 nəfərin saxlanıldığını, 5 nəfərin yaralandığını bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More