Şəhid övladlarının hamısını birləşdirən ortaq xüsusiyyət Vətən uğrunda canından keçən qəhrəman atalarının övladları ilə bağlı arzularını gerçəkləşdirməkdir.
Qarşılarına qoyduqları ilk missiya isə tələbə adını qazanmaqdır.
“Atam hüquqşünas olmaq istəyirdi. Sonra o, öz qaldığı yeri, kəndi yanmış görəndən sonra hərbçi olmaq qərarına gəlir. Mən də həm atamın, həm də öz arzumu reallaşdırmaq üçün hüquqşünas olmaq istəyirəm”, – şəhid Anar Əliyevin qızı Nigar Əliyeva söyləyib.
Şəhid Babək Səmidlinin oğlu Mətləb Səmidli isə bildirib ki, atası həmişə övladlarının savadlı, peşəkar mütəxəssis kimi yetişməyini istəyirdi.
“Aprel döyüşlərində atam yaralanmışdı. Evdə olduğu müddətdə ona deyirdim ki, yaralanmısan, 28 ildir xidmət edirsən, artıq təqaüdə çıxmağını istəyirəm. Çünki biz atamızı həftədə bir dəfə görürdük, onun üçün çox darıxırdıq. Atam isə “Biz bu işi sizə qoya bilmərik, Qarabağ azad olunmayana kimi təqaüdə çıxa bilmərəm. Bu iş bizimlə başlayıb, bizimlə də bitəcək” demişdi”, – deyə M.Səmidli qeyd edib.
Ətraflı süjetdə:
Vətənə əmanət şəhid övladları