Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda əksini tapıb.
Siyahıya Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri daxil ediliblər.