Boliviya parlamentində qalmaqal: Vitse-prezident “pomidor atəşi”nə tutuldu

Boliviyanın keçmiş prezidenti Evo Morales və hazırkı Prezident Luis Arse arasında gərginliyin artması fonunda ölkə parlamentində qalmaqal yaşanıb.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, ölkənin vitse-prezidenti David Çokeuanka parlament kürsüsündə “pomidor atəşi”nə tutulub.

Evo Moralesi dəstəkləyən Sosializmə Doğru Hərəkat Partiyasından bir qrup millət vəkili vitse-prezidentə pomidor ataraq onun parlament tribunasında çıxışının qarşısını almağa çalışıb. Bu səbəbdən David Çokeuanka çıxış edə bilməyib və parlamenti tərk etməli olub. Bu zaman Moralesin tərəfdarları ilə hakim partiyanın deputatları arasında dava düşüb.

Boliviya Prezidenti Luis Arse bunu vandalizm aktı kimi dəyərləndirib.

“Evismo (Moralesə işarə edərək) bu hərəkətləri ilə dialoqa iradəsinin olmadığını bir daha ölkəmizə nümayiş etdirdi. Bu gün baş verənlər Boliviya xalqının hisslərini əks etdirmir”, – deyə o bildirib.

Morales isə sosial şəbəkə hesabında verdiyi açıqlamada Arseni vətənə xəyanətdə günahlandırıb.

“İqtisadiyyatı yaxşılaşdıracağına söz vermişdi, amma pisləşdirdi, institusionalizmə hörmət edəcəyini vəd etmişdi, ancaq məhv olmasına səbəb oldu, şəffaflıq vəd etmişdi, amma korrupsiyaya yol verdi”, – deyə o bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More