Fransanın “Sent-Etyen” klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.
Oxu.Az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 88 yaşında dünyasını dəyişib. Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Raşid “Sent-Etyen” tarixinin ən çox qol vuran ikinci oyunçusu idi. O, komandada 152 qola imza atmışdı. Raşid, eyni zamanda, dörd dəfə Fransa çempionu olub.