“Mançester Siti” ardıcıl dördüncü matçını uduzdu

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində son çempion “Mançester Siti” “Brayton”la səfər matçına çıxıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmada hesabı “şəhərlilər” açıb. Holand 23-cü dəqiqədə komandasını önə çıxarıb.

Lakin qonaqlar sonadək qələbə hesabını qoruya bilməyiblər. 78 və 83-cü dəqiqədə buraxılan qollar “Mançester Siti”nin ardıcıl dördüncü məğlubiyyətini rəsmiləşdirib – 2:1.

Xatırladaq ki, Qvardiolanın yetirmələri bunadək Çempionlar Liqasında “Sportinq”ə (4:1), ölkə çempionatında isə “Bornmut” (2:1) və “Tottenhem”ə (2:1) uduzublar.

Hazırda 23 xalı olan “Mançester Siti” yarış cədvəlində 2-ci pillədədir. “Brayton” isə 19 xalla 4-cü yeri tutur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More