“Qalatasaray”ın futbolçusu Mauro İkardi keçmiş həyat yoldaşı, model Vanda Naranın Argentinada intim videolar çəkməsinə münasibət bildirib.
Oxu.Az “Sport Bible”a istinadən xəbər verir ki, ulduz futbolçu Vanda Naranın rüsvayçılığa son verməsini tələb edib.
“O, bütün dünyanın gülüş hədəfidir. Rüsvayçı hərəkətlərinə son verməlidir. Hazırda onunla bağlı baş verənlər mənim vecimə də deyil. Mən, sadəcə, övladlarımı düşünürəm”.
Qeyd edək ki, Vanda Nara bu yaxınlarda reper L-Gante ilə münasibət qurub.