Almaniya kansleri “topal ördək” adlandırıldı

Almaniyanın Xristian-Demokrat İttifaqının sədri Fridrix Merts hesab edir ki, ölkə hökuməti ABŞ-nin Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçilməsinə üstünlük verməklə səhv edib.

Oxu.Az xəbər verir ki, müxalifət partiyasının lideri “Stern” jurnalına müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin birtərəfli qaydada K.Harrisin tərəfini tutduğuna diqqət çəkib.

“Trampın güclü yaddaşı var. İndiki Almaniya hökumətinin yeni administrasiyada hörməti olmayacaq. Şolts indi beynəlxalq səhnədə topal bir ördəkdir”, – deyə Merts bildirib.

XDİ lideri qeyd edib ki, kansler seçiləcəyi təqdirdə ABŞ ilə münasibətlərdə Almaniyanın maraqlarını daha fəal müdafiə etmək və D.Trampla bərabər şərtlərlə danışmaq niyyətindədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More