Ülvü Qənizadə və Nihat Məmmədlinin çempionluğa gedən yolu

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə dünya çempionatında qalib gələn Azərbaycan güləşçiləri Ülvü Qənizadə və Nihat Məmmədli Baku TV-nin qonağı olublar.

Dünya çempionatındakı qələbəyə gedən yolundan bəhs edən Ülvü Qənizadə neçə illik əziyyətinin bəhrəsini gördüyünü deyib.

“Əsas ailəmin sevincidir. Dünya çempionluğu elədir ki, adam aliləşir. Amma ailəmin gözündə olan sevinc, evdəkilərin mənə olan inamını doğrultmaq tamamilə başqa bir şeydir, mənim üçün dünya çempionluğundan da böyük uğurdur”, – deyə o söyləyib.

Ülvü Qənizadə hazırlıq prosesinin çox çətin keçdiyini qeyd edib:

“Çünki yarışlara bir həftə qalmış xəstələndim, günlərlə yüksək hərarətim oldu. Qızdırmalı məşq edirdim, yarışa az qalmışdı, həm də məşqçilərin mənə olan inamını itirmək istəmirdim. Son ana kimi mübarizə apardım, çox şükür ki, bunun da nəticəsini gördüm”.

Birinci dəfədir böyüklər arasında dünya çempionu olan Nihat Məmmədli bunun çox qürurverici hiss olduğunu söyləyib:

“Zəhmət çəkmişəm, çətinliklər görmüşəm. Qalib idmançıların hamısı çətinliklər görüb, kasıb ailədə böyüyüblər. Bizim başqa çıxış yolumuz yoxdur. Bilirik ki, ancaq bununla özümüzə yaxşı həyat qura bilərik. Ona görə də, əziyyət çəkdik, Allah da bunun qarşılığında qələbələri bizə nəsib etdi”.

Nihat Məmmədli gələcək hədəfləri haqqında da danışıb:

“Qarşıdakı hədəfim çempionluqlarımın sayını artırmaqdır. İkiqat, üçqat dünya və Avropa çempionu olmaq istəyirəm. Hələ ki məqsədim budur. Əsas hədəfim isə 60 kiloqrama qayıdıb, 2028-ci il Olimpiya Oyunlarında iştirak etməkdir”.

Ətraflı süjetdə:

Ülvü Qənizadə və Nihat Məmmədlinin çempionluğa gedən yolu


Ülvü Qənizadə və Nihat Məmmədlinin çempionluğa gedən yolu




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More