Azərbaycanda məhkum həbsdə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Seymur Niftəliyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilib.
Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 41-ci ölüm hadisəsidir.