“Barselona” və “Real Madrid”ın əfsanələri Yaponiyada keçiriləcək “El-Klasiko” matçında üz-üzə gələcəklər.
Oxu.Az “Goal”a istinadən xəbər verir ki, görüş dekabrın 15-də keçiriləcək.
“Barselona”nın heyətində Xavi, Andres İnyesta, Rafael Markes, Xavyer Maskerano, Rivaldo, Boyan Krkiç, Xavyer Saviola, Ludoviq Jüli, Adriano, Qaiska Mendieta və digərləri iştirak edəcəklər.
Kataloniyalıları “El-Klasiko”ya Albert Ferrer çıxaracaq. “Real Madrid”in heyəti hələ tam bəlli deyil.