Baş danışıqçı: “COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik”

“COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik”.

“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbirin ikinci günündə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COP29-un ilk günü uğurla başa çatıb:

“Bu gün açılışı olacaq İqlim Sammitində dünya liderləri iqlim böhranı ilə bağlı öz fikirlərini bildirəcək, müzakirələr aparacaqlar”.

Nazir müavini məlumat verib ki, Tərəflər Konfransında iqlim maliyyələşməsinin gücləndirilməsi üçün təkliflər ortaya qoyulacaq:

“Burada hamımızın gücü lazımdır. Hər kəs bizim qlobal səylərimizə töhfə vermək üçün çalışmalıdır”.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More