COP29 tədbirinin qida ilə təminatı üçün 56 obyekt fəaliyyət göstərir

“COP29 tədbiri başlayandan qida ilə əlaqəli hər hansı narahatlıq qeydə alınmayıb”.

Bunu COP29 çərçivəsində “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, tədbirin keçirildiyi ərazidəki qida obyektlərinə gətirilən bütün qidalar agentliyin müvafiq əməkdaşları tərəfindən yoxlanılır:

“Qidaların hazırlandığı kənar mətbəxlərdə də agentliyin əməkdaşlarının daimi nəzarəti təmin olunur”.

AQTA rəsmisi qeyd edib ki, hazırda Mavi və Yaşıl zonalarda ümumilikdə 130-dan çox əməkdaş 56 obyektdə qida məhsullarının hazırlanmasına, emalına və digər məsələlərə nəzarət edir:

“Texniki işçilərə verilən qidalar da müvafiq laborator ekspertizadan keçirildikdən sonra istehlaka buraxılır. Agentlik hələ tədbir başlamamışdan aylar əvvəl bu ərazidə yerləşəcək qida təchizatçılarının hamısının siyahısını əldə edib, onların istehsal sahələrində, mətbəxlərində monitorinqlər keçirilib. Bu ərazidə yerləşən qida obyektlərinin hamısının layihələri əvvəldən bizə təqdim olunmuşdu və müvafiq rəy, tövsiyələr verilmişdi”, – Aparat rəhbəri əlavə edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More