“COP29-dan gələcəkdə qazanacağımız dividendlərdən ağıllı istifadə edərək, Xəzər dənizi ilə bağlı digər ekoloji problemi dünya gündəminə gətirə biləcəyik”.
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, COP29 Azərbaycanın imici üçün çox vacib tədbirdir:
“Həm də ekologiya probleminə, iqlim məsələsinə bizim yanaşmamızdır. Ölkəyə gələn qonaqların səviyyəsi də göstərir ki, konfransa maraq böyükdür. Azərbaycan gələcəkdə bunun dividendlərini götürəcək. Biz bundan çox ağıllı istifadə edib özümüzün Xəzər dənizi ilə bağlı başqa ekoloji problemimizi dünya gündəminə gətirə bilərik”.
Məhərrəm Əliyev