Gəncədə sərnişin avtobusu qəzaya düşüb: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı maşınla “Isuzu” markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı iki nəfər – “Mercedes”in sürücüsü və sərnişinlərdən biri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More