Kurban Berdıyev “Turan Tovuz”dan ayrılır?

“Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyev komandadan ayrılmaq istəyib.

Sportinfo.az xəbər verir ki, iyun ayında sükan arxasına keçən rusiyalı mütəxəssis “Səbail”lə səfər matçından (1:1) sonra bu istəyini klub rəhbərliyinə çatdırıb.

72 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqanın 13-cü turunda qeydə alınan uğursuz matçdan sonra müqaviləni pozmaq fikrinə düşüb.

Qeyd edək ki, klub rəsmiləri Berdıyevi komandada qalmağa razı sala biliblər.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More