“Mançester Yunayted” klubu “Real Madrid”in futbolçusu Rodriqonu transfer etməkdə maraqlıdır.
Oxu.Az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorim Braziliya millisinin üzvünün transferini rəhbərlikdən istəyib.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Amorim Rodriqonun transferinin qışda reallaşmasını gözləyir.
Braziliyalının isə “Real”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
O bu mövsüm “kral klubu”nda 14 matça çıxıb, 3 qol vurub və 2 assist edib.