Milix Yevdayev: “Azərbaycanda yaşayan bütün xalqlar gələcəklərinə fəxrlə baxa bilərlər”

“Azərbaycanda yaşayan bütün xalqlar gələcəklərinə fəxrlə baxa bilərlər”.

Bunu Oxu.Az-a açıqlamasında dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın qələbələrinə qıcıqlananlar belə tədbiri qəbul edə bilmirlər:

“Avropa öz gözündə tiri görmür, başqasında tük axtarır. Suverenliyimiz təmin olunub, xalqın qüruru, gülər üzü təmin olunub. Ona görə də Azərbaycan bütün dünyaya sübut etdi ki, Heydər Əliyevin təbirincə desək, dünəni unutmayan və onu öyrənən bir xalq gələcəyinə fəxrlə baxa bilər. Azərbaycanda yaşayan bütün xalqlar gələcəklərinə fəxrlə baxa bilərlər”.

COP29-dan danışan Yevdayev əlavə edib ki, son illər insanlar təbiəti daha çox istismar edirlər: “Son 50 ildə təbiətdən götürdüklərimiz 4 min ildə götürdüklərimizdən çoxdur. Ona görə də təbiət bizi cəzalandırır. Temperaturun bu qədər artması insanlara son xəbərdarlıqdır”.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More