“İqlim dəyişikliyinin qarşısını almaqda elmin rolu ilə yanaşı, əsas amil maliyyələşmə və insan davranışıdır”.
Bunu Oxu.Az-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Mənim inandığım budur ki, elmi araşdırmalar suallara cavabları ortaya qoyur. Sadəcə olaraq, məsələ tərəflərin bu cavabları qəbul edib əməli addımlar atması ilə bağlıdır, nəinki elmin acizliyi”, – nazir deyib.
O, Azərbaycan alimlərinin də bu istiqamətdə tədqiqatlarının olduğunu deyib:
“İnanıram ki, gələcəkdə bu tədqiqatların sayı artacaq”.
Mərahim Nəsib