Türkiyədə qanunsuz mərc oyunlarına təşviq iddiası ilə ev həbsinə məhkum olan məşhur aparıcı və aktyor Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə yayılıb.
Oxu.Az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, o, aldadıldığını bildirib.
Erbildən istintaq işində olan və qumar oyunlarına təşviq edən videodakı şəxsləri haradan tanıdığı soruşulub. O isə bu şəxslərlə ortaq bir dostları vasitəsilə tanış olduğunu bildirib. Məşhur aparıcının sözlərinə görə, ifaçı Serdar Ortaçla ortaq dostları olan Barış adlı şəxsin Maltadakı bir hotelinin açılışına dəvət edilib, həmin şəxslər də burada çəkiliş ediblər.
Açılış zamanı hotel sahibinin ona bir köynək geyindirməyə çalışdığını, bu köynəyin mərc reklamı olduğunu sonradan öyrəndiyini vurğulayıb:
“Buna etiraz etdim, qonaq olmağımız səbəbindən dəvət edənlərlə mübahisəm oldu. O saytda yayımlarda da “Qumar çox təhlükəlidir, mən həyatımda oynamamışam” şəklində ifadələrim var. Bu yayım təxminən yarım saat davam etdi, sonra vəziyyəti anlayaraq vəkillər vasitəsilə mətbuat açıqlaması verdik. Ünal adlı şəxs sonra məni arayaraq aldatmağa çalışdı. “YouTube”da bir proqram var deyərək”, – yenidən yayıma dəvəti etdi, ancaq mən vəziyyəti anlayaraq qəbul etmədim. Bu şəxslə ətraflı bir tanışlığımız yoxdur. Bu hadisədən sonra dostumuz Barış da yoxa çıxdı. Onunla bir daha görüşmədim. Bu videoların çəkilişində yer almağım müqabilində heç bir maddi qazanc əldə etməmişəm. Ünal adlı şəxs, 3 ay boyunca mənə zəng edərkən 20-25 min avro təklif etsə də, mən bunu da qəbul etmədim. Qeyd etdiyim kimi sonradan bu şəxslərlə üz-üzə görüşmədim”, – deyə məşhur aparıcı bildirib.
Videolardakı şəxslərin üzərindəki köynəklərdəki yazıların qanunsuz mərc reklamı olduğunu anlamadığını deyən Erbil, həmin videonun xatirə olaraq çəkildiyini, yayımlanması məqsədilə çəkildiyini bilmədiyini, üzərinə atılan ittihamları qəbul etmədiyini qeyd edib.
Erbil sulh cəza məhkəməsindəki ifadəsində özünü bilmədiyi bir hadisənin içində tapdığını deyib:
“Mənim xəbərim olmadan reklamımı edib videolarımı yayımlayıblar. Bu barədə vəkillərim vasitəsilə iyul ayında hüquq-mühafizə orqanlarına şikayəti etmişəm və ictimaiyyətə açıqlama da vermişəm”, – deyə o bildirib.
Heç vaxt qumar oynamadığını qeyd edən Erbil, sadəcə bir dəyişiklik olsun deyə Serdar Ortaçla bir restoran açılışına getdiyini deyib.
“Heç bir maddi, mənəvi qazancımız yoxdur. Bank hesablarımda hər hansı bir mənfəətə rast gəlinə bilməz. Belə bir şeyə ehtiyacım da yoxdur. Sosial media hesablarımda da “Qumar oynamayın” deyə dəfələrlə müraciət etmişəm”, – deyə o, sözlərini yekunlaşdırıb.
Məhkəmə Erbilin yaşının çoxluğu və sağlamlıq problemlərinin olması, mövcud dəlillərin itməsi və qaraldılması şübhəsinin olmaması səbəbi ilə həbs edilməsinə yönəlmiş tələbə rədd qərarı verib. Ona xaricə çıxışı qadağan olunub və ev həbsinə məhkum edilib.
Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı
Türkiyədə qanunsuz mərc oyunlarına təşviq iddiası ilə bağlı aralarında Türkiyənin məşhur müğənnisi Serdar Ortaç və tanınmış teleaparıcı Mehmet Ali Erbil olmaqla ümumilikdə 23 nəfər barəsində istintaq başlanılıb. Şübhəlilərdən Serdar Ortaç barəsində də ev dustaqlığı qərarı verilib. O, cəmiyyətə pis örnək olduğu üçün təəssüfünü bildirib.
“Qumar bəlası hələ də başımı ağrıdır. Evimi apardı, pulumu, evliliyimi, sağlamlığımı da, məni məhkəməyə gətirdi. Daha nə qumar oynayaq? Bunu xalqa necə izah edəcəyimi bilmirəm”, – deyə Ortaç ilk açıqlamasında bildirib.
Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı