Saymon Stil: “COP29-da mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq”

“Bakıda keçirilən COP29-dan gözləntilər çoxdur”.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un ikinci günündə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, COP29-un aydın şəkildə nəticələr ortaya qoyacağına ümidlər var:

“İqlim dəyişikliyi ilə bağlı mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq. İnanırıq ki, bütün ölkələrin dəstəyi artacaq. Özəl sektor da maliyyələşmədə əsas mənbə kimi nəzərdən keçiriləcək”.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More