ABŞ ordusu Əl-Beydə əyalətində Yəmənin “Ənsar Allah” (Husi qiyamçıları) hərəkatının liderlərini daşıyan avtomobilə pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, əməliyyat nəticəsində ölənlərin sayı və adları hələ ki açıqlanmır.