“Ən böyük problemimiz Amazon meşələrinin qurumasıdır. Təəssüf ki, vaxtilə sıx və keçilməz olan Amazon meşələrində hazırda səhralaşma gedir, ağaclar sürətlə quruyur”.
Bunu Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirak edən Amazon meşələrinin nümayəndəsi Nina Huni Kui Baku TV-yə açıqlamasında deyib.
Təkcə Amazonun deyil, dünyada qurumaqda olan bütün meşələrin bərpa olunmasının vacibliyini diqqətə çatdıran nümayəndə əlavə edib:
“Ekologiyanın qorunmasının başlıca səbəbi flora və faunadır. Azərbaycan böyük neft ölkələrindən biridir. Dünyaya maddi dəstəyi çoxdur. Ölkənizin bu mövzuda bizə də dəstək olmasını, meşələrimizin bərpası prosesində kömək etməyini istəyirik”.
Nina Huni Kui COP29-dan gözləntiləri ilə bağlı danışarkən “təkcə bu günümüz, sabahımız üçün deyil, bütün dünya, sağlam gələcək naminə doğru qərarlar gözləyirik”, – deyə vurğulayıb.
Amazon meşələrinin nümayəndəsi: “Ən böyük problemimiz Amazon meşələrinin qurumasıdır”