Andrey Plenkoviç: “İqlim maliyyələşməsinin həcminin artırılması üzrə danışıqlar davam edəcək”

“Xorvatiya iqlim maliyyələşməsinin həcminin artırılması təşəbbüsünü fəal şəkildə irəli sürməyi planlaşdırır”.

Oxu.Az-ın məlumatına görə, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan məbləğin artırılmasına nail olmağın vaxtı çatıb.

Plenkoviçin sözlərinə görə, 2022-ci ildə iqlim maliyyələşməsinin həcmi ilk dəfə olaraq 115 milyard dolları keçib ki, bu da ilkin razılaşdırılmış 100 milyard dollarla müqayisədə əhəmiyyətli irəliləyişdir.

“Düşünürəm ki, bu məbləğin artırılmasına nail olmağın vaxtı çatıb. İndi danışıqçıların belə bir məbləğ barədə razılığa gələcəyini proqnozlaşdıra bilmərəm, lakin şübhəsiz ki, bu, bugünkündən çox olmalıdır”, – deyə baş nazir bildirib.

O əlavə edib ki, iqlim maliyyələşməsinin həcminin artırılması üzrə danışıqlar növbəti 10 gün ərzində noyabrın 22-dək davam edəcək.

Rufina Abdullayeva

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More