Ayda bostan salınır: Yerə misilsiz faydası açıqlandı

Avstraliyanın Ayda bitkiləri yetişdirmə üzrə “Lunaria One” startapı ABŞ-nin “Intuitive Machines” özəl kosmos şirkətinin 2025-ci il üçün planlaşdırılan missiyasında iştirak edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə “The Guardian” qəzeti məlumat verib.

“Lunaria One” tərəfindən hazırlanmış toxum və bitkilərlə dolu kapsul “Intuitive Machines”in Ay moduluna yerləşdiriləcək. Modul 380 min kilometr məsafə qət edərək Yerin təbii peykinin səthinə çatmalıdır.

“Aleph” adlı eksperiment bitkilərin start meydançasında uzun müddətli saxlanma, start zamanı yüksək təzyiq və -130-dan 120 dərəcəyə qədər temperatur dəyişiklikləri də daxil olmaqla sərt kosmik şəraitə dözə biləcəyini göstərəcək”, – deyə “Lunaria One”ın direktoru Loren Fell izah edib.

Bildirilir ki, gələcək missiya fotosintez edən orqanizmlərin yaşaya və böyüyə biləcəyi şərtləri müəyyən etməyə imkan verəcək. Bu məlumatlar Ay və Marsın insan tərəfindən mənimsənilməsi üçün gələcək missiyalarda kosmik dünyalarda qida və digər resursların mənbəyini yaratmaq üçün lazımdır.

Alimlər, həmçinin bildiriblər ki, kənd təsərrüfatındakı kosmik innovasiyalar Yerdə də, məsələn, təbii və ya texnogen fəlakətdən sonra ərzaq yetişdirilməsi üçün tələb oluna bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More