Bakıda avtobus piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
İlkin Natiq oğlu Nurməmmədov idarə etdiyi “Daewoo” markalı avtobus ilə yolu keçən Zaur Telman oğlu Qulamovu vurub.
Nəticədə Zaur Qulamov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.