Britaniyada ilk dəfə PUA-dan qan nümunələrinin daşınması üçün istifadə edildi

Böyük Britaniyada biomaterialların daşınması üçün ilk dəfə pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Times” qəzeti məlumat verib.

Nəşrin qeyd etdiyi kimi, PUA sayəsində qan nümunəsi iki dəqiqəyə çatdırılıb, halbuki biomaterialın ənənəvi üsulla – avtomobildən istifadə etməklə daşınması ən azı yarım saat çəkəcəkdi.

Dronların köməyi ilə qan tədarükü Londonda sınaq rejimində həyata keçiriləcək: pilotsuz təyyarələr iki xəstəxana arasında hərəkət edərək, qanaxma riski yüksək olan xəstələrə biomaterialları çatdıracaq.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More