“Monako”nun keçmiş futbolçusu zorlamada təqsirli bilindi

“Monako”nun keçmiş hücumçusu Vissam Ben-Yedder zorlamada təqsirli bilinib.

Oxu.Az xəbər verir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.

Məhkəmə, oyunçunu 6.5 ​​min avro məbləğində təzminat ödəmək öhdəliyi ilə iki il şərti həbs cəzasına məhkum edib.

Oktyabrın 16-da prokuror futbolçuya 2 il 6 ay həbs cəzası istəyib ki, onun 18 ayı şərti cəza kimi nəzərdə tutulub. Məhkəmə zamanı Ben-Yedder həmin vaxt sərxoş olduğu və təfərrüatları xatırlamadığı üçün ifadə verə bilmədiyini deyib. Müdafiə tərəfi həmçinin bildirib ki, Ben-Yedder hazırda alkoqol asılılığından müalicə alır.

Ben-Yedderin 34 yaşı var və 2019-2024-cü illərdə “Monako”da çıxış edib. 2019/20 mövsümündə o, Kilian Mbappe ilə birlikdə Fransa çempionatının bombardiri olub (18 qol).

Ben-Yedder Fransa millisində 19 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Komanda ilə birlikdə Millətlər Liqasının qalibi olub (2021).



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More