“Bir ildir ki, gərgin rejimdə COP gündəliyinə hazırlaşırıq. Türkiyə olaraq insanlığa ədalətli dünyanı təklif edirik. Dünyanın qlobal iş birliyinə ehtiyacı var”.
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
O bildirib ki, İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyasının və Fəaliyyət Planının hazırlanması prosesində maraqlı tərəflərlə 25-dən çox görüş keçirilib:
“Görüşlərdə 180 müxtəlif dövlət, özəl sektor, universitetlər və qeyri-hökumət təşkilatlarından 2000-dən çox insan iştirak edib. İştirakçılar arasında gender balansı müşahidə olunub. Tədbirlər Planı çərçivəsində məsul və aidiyyəti qurum və təşkilatlarla əməkdaşlıqda 40 strategiya və 129 tədbir müəyyən edilib”.
Məhərrəm Əliyev